"Vahid Rusiya” Ukraynaya qarşı müharibədə iştirak edən 380 nəfəri regional seçkilərdə irəli sürüb. İddialara görə, onlardan 308-i mandat alacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu partiyanın Baş Şurasının səlahiyyətlərini icra edən Vladimir Yakuşev bildirib.
Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatda iştirak edən namizədlərin əksəriyyəti 30-50 yaş arası insanlardır.
Belə ki, səfərbər edilmiş şəxslərdən ibarət “Uqra” batalyonunun keçmiş komandiri Dmitri Aksenov Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının deputatı olub.
Sirena yazır ki, 2022-ci ildə Dmitri Aksenov tabeliyində olanlarla video çəkib və orada onlardan "qan" və düşməni öldürməyi tələb eğdib.
…Döyüşlərdə iştirak etməzdən əvvəl o, Xantı-Mansi Muxtar Dairəsi Dumasının təşkilati təminat şöbəsinin müdiri işləyib.
Əli Babayev