Avropa İttifaqı Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayıb.
SİA xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
… Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasla görüşüb. İclasda həmçinin Avropa Sülh Fondu tərəfindən Ermənistan Respublikasına dəstək verilməsi barədə qərar qəbul edilib. Hazırda Ermənistanda ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı fəal müzakirələr gedir.
Şinas onu da əlavə edib ki, Avropa İttifaqı Ermənistanla münasibətləri inkişaf etdirməkdə və bu dövlətdə islahatların aparılmasında maraqlıdır.
Həmçinin, Avropa Komissiyasının vitse-prezidenti Ermənistan hökuməti ilə viza rejiminin liberallaşdırılması üzrə dialoq üzrə səmərəli əməkdaşlığa ümid edir.
Əli Babayev