…Qazaxıstanın Manqistau vilayətində sentyabrın 9-u günün birinci yarısına olan məlumata görə, 460 uşaq həkim nəzarətindədir. Onlardan 83-ü xəstəxanaya yerləşdirilib, iki uşaq reanimasiyadadır.
SİA-nın əldə etdiyi məlumata görə, məlumatı Qazaxıstan baş nazirinin saytı yayıb.
Bütün qurbanların, o cümlədən reanimasiyada olan uşaqların vəziyyəti müsbət dinamika ilə stabildir. Səhhətləri yaxşılaşdığı üçün reanimasiyada olan iki uşaq ümumi palataya köçürülüb.
…Hazırda zəhərlənmə əlamətləri ilə müraciət edən bütün uşaqlara psixoloji yardım da daxil olmaqla, lazımi tibbi yardım tam şəkildə göstərilir. Hadisə yerində Təhsil Nazirliyinin Uşaq Hüquqlarını Müdafiə Komitəsinin nümayəndələri işləyir. Qurbanlara və onların ailələrinə dəstək tədbirlərinin göstərilməsi istiqamətində iş aparılır. Qərargah gecə-gündüz işləyir.
Bunu baş nazirin mətbuat xidməti yayıb.
Xəstəliyin lokallaşdırılması və aradan qaldırılması istiqamətində tədbirlərin gücləndirilməsi üçün rayona Sanitariya-Epidemioloji Ekspertiza və Monitorinq Elmi-Praktik Mərkəzinin mütəxəssisləri ezam olunub.
Baş nazir Oljas Bektenovun tapşırığı ilə bir ay müddətində bütün ölkə üzrə məktəb yeməkxanaları sanitar-epidemioloji tələblərə əməl olunmasına, xüsusən də zəhərlənmə hallarının təkrarlanmaması üçün nəzarət etməyi tapşırıb.
Əli Babayev