Dövlət Reklam Agentliyi auditor seçib

9 Sentyabr 2024 16:21 (UTC+04:00)

Dövlət Reklam Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "RSM Azerbaijan" MMC-dir.

Qalib şirkətə 60 min manat ödəniləcək.