Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçir

9 Sentyabr 2024 15:22 (UTC+04:00)

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi balansında olan 22 avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 17 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 30-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 30-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.