Naxçıvanda bu sahədə əldə olunan gəlir 12 dəfədən çox artıb

9 Sentyabr 2024 15:00 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 165 dövlət əmlakı özəlləşdirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, bu dövrdə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 1,3 milyon manatdan çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 dəfə çoxdur.