Nigeriyada yanacaq tankerinin sərnişin və mal-qara daşıyan yük maşını ilə toqquşması nəticəsində 48 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Niger dövlət Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən açıqlamada toqquşmadan sonra partlayışın baş verdiyi hadisədə 48 nəfərin həyatını itirdiyi qeyd edilib.
Niger dövlət Fövqəladə Hallar Nazirliyinin direktoru Abdullahi Baba-arah hadisə yerinə tibbi qrupların göndərildiyini və partlayış nəticəsində bölgədəki bəzi avtomobillərin alovlandığını bildirib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının avtomobildə ilişib qalmış meyitləri çıxarmağa çalışdığı, ölənlər üçün kütləvi dəfn mərasiminin keçiriləcəyi bildirilib. Niger valisi Umaru Baqo baş verənlərdən kədərləndiyini bildirib və həyatını itirənlərə başsağlığı verib.