"Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
O bildirib ki, 2000-ci ilin əvvəlindən başlayaraq 2007-ci ilə qədər bələdiyyələr torpaq satıb: "Bu illər ərzində bu torpaqlarda yaşayış massivləri salınıb. Hal-hazırda həmin digər təyinatlı olsalar da, yaşayış məqsədilə istifadə olunur. 2007-ci ildən etibarən bələdiyyələrin torpaq satmaq hüququ bitib.
“Daşınmaz əmlakın Dövlət Reyestri haqqında qanunun” 10-cu maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün növbəti sənədlər tələb edilir:
- İcra hakimiyyətinin torpağın ayrılmasında dair müvafiq qərarı;
- “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin qərarı və alqı-satqı müqaviləsi;
- 01.12.2007-ci il tarixindən sonra bələdiyyələr tərəfindən satılmıış torpaq sahələdinə dair hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi
- Torpaq sahəsinin planı və ölçüsü;
- Əgər torpaq sahəsinin üzərində qurğu varsa torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
- dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Bütün sənədlər tam toplanıldıqdan sonra şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Püblik Hüquqi Şəxsin müvafiq ərazi idarəsinə və yaxud Əmlak Xidmətləri Məkanına müraciət etməlidir".
"Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»-yə (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir" - deyə o, əlavə edib.