Bakıda şirkətə qarşı dələduzluq olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu ərazisində yerləşən şirkətlərin birindən aldatma yolu ilə 17.480 manat dəyərində elektrik əşyalarının alınması barədə polisə məlumat daxil olub:
"Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən B.Əhmədov və B.Bəşirov müəyyən olunaraq saxlanılıb".
Araşdırma aparılır.