Bakı aeroportu Formula 1-lə bağlı sərnişinlərə müraciət edib

9 Sentyabr 2024 10:13 (UTC+04:00)

Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də ölkəmizə gələn qonaqların sayının artması gözlənilir. SİA xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişinlərə müraciətində bildirilir.

Hava limanı bəyan edib ki, sərnişinlərin səfərlərini bu halları nəzərə alaraq planlaşdırmaları və hava limanına rahat çatmaq üçün əlavə vaxt ayırmaları tövsiyə edilir.

O cümlədən, sərnişinlərin səyahətlərini asanlaşdırmaq üçün bir sıra tövsiyələrə əməl etmələri məsləhət görülür:

"Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bu müddət ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Səyahətinizi vaxtında planlaşdıraraq rahatlığınızı təmin edin", - deyə müraciətdə qeyd olunub.