Papua Yeni Qvineyada zəlzələ baş verib

9 Sentyabr 2024 06:03 (UTC+04:00)

Papua Yeni Qvineyada 5,4 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri 2 min nəfərin yaşadığı Ambunti şəhərindən 43 km şərqdə yerləşib. Zələzələnin ocağı 101 km dərinlikdə yerləşib. Hadisənəticəsində tələfat və ya dağıntılar barədə məlumat daxil olmayıb.