Küveyt Əmri neft nazirini vəzifəsindən azad edib

9 Sentyabr 2024 01:40 (UTC+04:00)

Küveytin neft naziri vəzifəsini icra edən, Baş nazirin müavini İmad el-Atiki vəzifəsindən azad edilib. SİA KUNA agentliyinə istinadla xəbər verir ki, bu barədə Küveyt Əmri Fərman imzalayıb.

Fərmana əsasən maliyyə naziri Nuru əl-Fassam eyni vaxtda neft naziri olub.