“Əl-Hilal”ın Braziliyalı futbolçu Neymar zədəsini sağaltmaqda davam edir və yaxın aylarda matçlarda iştirak etməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, forvardın qayıdışının vaxtı AS-ya məlum olub.
Mənbənin sözlərinə görə, tibbi müayinələrin nəticələrinə əsasən, futbolçunun sağalması üçün daha iki ay vaxt lazım olacaq.
Onun noyabrda meydana qayıdacağı gözlənilir.
Xatırladaq ki, 17 oktyabr 2023-cü ildə Neymar 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvayla matçda çarpaz bağları qopmuşdu.
O, 2024-cü ilin iyul ayında yenidən məşqlərə başladı. Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"a keçib. O, daha əvvəl “PSJ”, “Barselona” və “Santos” klublarında da çıxış edib.
Nazlı Almuradova