Azərbaycan minifutbol komandası Çempionlar Liqasının qalibi olub

8 Sentyabr 2024 20:17 (UTC+04:00)

Azərbaycanın minifutbol üzrə "Birbaşa" komandası Çempionlar Liqasında final oyununa çıxıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, son ölkə çempionu Polşanın paytaxtı Varşava şəhərində baş tutan qarşılaşmada Çexiyanın "Brno" kollektivi ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "Birbaşa" komandası minifutbol üzrə Çempionlar Liqasının qalibi olub.