Cəlilabadda iki azyaşlının olduğu evdə yanğın başlayıb

8 Sentyabr 2024 14:59 (UTC+04:00)

Cəlilabad rayonunda evdə yanğın başlayıb. SİA-nın məlumatına görə, hadisə Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.

Hazırda onların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.