Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə ölüb

8 Sentyabr 2024 11:36 (UTC+04:00)

Ağstafada bədbəxt hadisə baş verib. SİA-nın xəbərinə görə, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.