Bakıda şadlıq evində yanğın olub

8 Sentyabr 2024 10:42 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli şadlıq evinin dam örtüyündə quraşdırılan havalandırma qurğusunun mühərriki və hava təmizləyici qurğu yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.