Azərbaycan təmsilçisi yarımfinal oyununa çıxacaq

8 Sentyabr 2024 10:24 (UTC+04:00)

Bu gün Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında "Andezit" (Ukrayna) klubu ilə üz-üzə gələcək. SİA-nın məlumatına görə, turnirin yarımfinal oyunu Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, “Birbaşa Bakı” 1/4 finalda Rumıniya təmsilçisi "Nova Vita"ya 2:1 hesabı ilə qalib gəlib.