Elməddin fəxri ad almaq istəyir

8 Sentyabr 2024 04:17 (UTC+04:00)

ATV-də yayımlanan "Qısaqapanma" verilişinin bu həftəki qonaqları Əməkdar artistlər Almaz Ələsgərli və Əkbər Əliyev olub. SİA xəbər verir ki, aparıcılığını aktyor Elməddin Cəfərovun etdiyi proqramda maraqlı an yaşanıb. Elməddin qonaqları təqdim edərkən fəxri ad arzusunu da dilə gətirib:

"Növbəti qonağımız Əməkdar artist Almaz Ələsgərlidir. O, 2007-ci ildə Əməkdar artist adını alıb. Sağ əli mənim başıma" deyə Elməddin deyib.