“Titanik” filminin məşhur mahnısının müəllifi vəfat edib

8 Sentyabr 2024 01:47 (UTC+04:00)

“Titanik” filmində səslənən “My heart will go on” mahnısının sözlərinin müəllifi, bəstəkar Uill Cenninqs 80 yaşında ABŞ-da vəfat edib. SİA xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.

Amerikalı bəstəkar Texas ştatının Tayler şəhərindəki evində vəfat edib.

Qeyd edək ki, Cenninqs iki dəfə “Oskar”, üç dəfə “Qremmi” və iki dəfə “Qızıl Qlobus” mükafatına layiq görülüb.