“Paris-2024”: İlham Zəkiyev bürünc medal qazanıb

7 Sentyabr 2024 19:00 (UTC+04:00)

Azərbaycan paracüdoçusu İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

SİA xəbər verir ki, (J1, +90 kiloqram) kateqoriyasında mübarizə aparan idmançı Qanbat Daştserenlə (Monqolustan) qarşılaşıb. Rəqibinə qalib gələn İ. Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal əldə edib.

Qeyd edək ki, Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq.