"Barselona" Conatan Ta və Kimmixi pulsuz almaq istəyir

7 Sentyabr 2024 17:42 (UTC+04:00)

…“Barselona” komandanın müdafiəsini və yarımmüdafiəsini gücləndirmək niyyətindədir və buna görə də "Bayer Leverkuzen"in mərkəz müdafiəçisi Conatan Ta və "Bavariya"nın müdafiəçi yarımmüdafiəçisi Coşua Kimmixlə müqavilə imzalamağa hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mundo Deportivo yazıb.

Mənbənin sözlərinə görə, “Barselona” bu futbolçuları klublarla müqavilələri başa çatan 2025-ci ilin yayında almaq istəyir. “Barselona”nın artıq niyyətini agent Taya bildirdiyi vurğulanır. Bundan başqa, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik də "Bavariya"da birlikdə çalışdığı Kimmixin komandaya gəlişini istəyir.

Qeyd edək ki, bu mövsüm Ta bütün turnirlərdə 4 qarşılaşmada iştirak edib, hansı ki, o, effektiv olmayıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Kimmix bu mövsüm bütün yarışlarda 3 oyun keçirib və bu matçlarda effektli olmayıb.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Nazlı Almuradova