Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib

7 Sentyabr 2024 14:52 (UTC+04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Orxan Aslanovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda yazılıb: "Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!".