Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

7 Sentyabr 2024 14:11 (UTC+04:00)

Əlcəzairdə növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb. SİA xəbər verir ki, bu barədə Əlcəzair milli radiosu məlumat yayıb.

Ölkə prezidenti postu üçün üç namizəd mübarizə aparır: “Sosialist Qüvvələr Cəbhəsi”ndən Yusef Auşiş, “Sülh uğrunda cəmiyyət hərəkatı” partiyasından Abdelali Həsəni Şərif və hazırkı Prezident Əbdülməcid Tebbun.

Dövlət başçısı ümumi səsvermə yolu ilə seçilir. Namizəd qalib gəlmək üçün 50 %-dən çox səs toplamalıdır. Namizədlərdən heç biri bu göstəricini aşa bilməsə, iki həftə sonra birinci turda ən çox səs toplayan iki namizəd arasında ikinci tur keçirilir. Qalib 5 il müddətinə prezident mandatı alacaq.