Göyçayda zəhərlənmə şübhəsi ilə bir ailə xəstəxanaya yerləşdirilib

6 Sentyabr 2024 20:22 (UTC+04:00)

Göyçayda zəhərlənmə şübhəsi ilə bir ailə xəstəxanaya yerləşdirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilkin məlumata görə, rayonun Xəlitli kəndində yaşayan bir ailənin 4 üzvü zəhərləndiklərini güman edərək Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Vətəndaşlara ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir.

Onların hansı qida və məhsuldan zəhərləndikləri araşdırılır.