"Sırski Tambovda": İnternetdə maraqlı fotoşəkillər peyda olub...

6 Sentyabr 2024 19:43 (UTC+04:00)

Rusiyanın Tambov şəhərində küçələrdə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin təsviri olan vərəqələr asılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ruslar bununla ukraynalı hərbçilərin şəhərə daxil ola biləcəyinə işarə edilib.

Şəkillər sentyabrın 6-da sosial şəbəkələrdə yayılıb.

Bu barədə apostrophe.ua yazır.

Qeyd edək ki, Tambov Kurskdan 425 km aralıda yerləşir.

Əli Babayev