Çində aparılan araşdırmalara görə, Ayda təxminən 120 milyon il əvvəl əmələ gələn vulkanik maddələr aşkar edilib.
SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Pekində yerləşən Çin Elmlər Akademiyasının alimləri Aydan toplanan nümunələri araşdırıblar.
Alimlər dinozavrlar dövründə Ayda vulkanik fəaliyyət olduğunu müəyyən ediblər.
Təxminən 4 il əvvəl "Chang'e 5 Spaceship" tərəfindən Aydan toplanan nümunələri araşdıran tədqiqatçılar nümunələrdə təxminən 120 milyon il əvvəl əmələ gələn şüşə parçaları və torium elementini aşkar ediblər.
Tədqiqatçılar bu nümunələrin Ayda 120 milyon il əvvəl vulkanik fəaliyyət olduğunu göstərdiyini bildiriblər.
Araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub.