Britaniya Rusiyaya qarşı 650 çoxməqsədli raket göndərir

6 Sentyabr 2024 18:43 (UTC+04:00)

Britaniya Rusiya pilotsuz təyyarələri və bombardmanlarından müdafiə etmək üçün Ukraynaya 162 milyon funt-sterlinq, təxminən 213,13 milyon dollar dəyərində 650 yüngül çoxməqsədli raket verəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, yeni raket tədarükünü sentyabrın 5-də Böyük Britaniyanın müdafiə naziri Con Hili Almaniyadakı ABŞ hava bazasında 50-yə yaxın ölkədən ibarət xüsusi koalisiya olan Ukrayna Müdafiə Təmas Qrupu tədbirində iştirakı zamanı bəyan edib.

Müdafiə Nazirliyi yeni hökumətin Ukraynaya yardımın çatdırılmasını sürətləndirmək öhdəliyinə uyğun olaraq 6 sentyabrda elan edilən raketlərin ilk partiyasının ilin sonuna qədər çatdırılmasının gözlənildiyini bildirib.