Azərbaycanın Ukraynadakı səfiri ölkənin səhiyyə naziri ilə görüşüb - FOTOLAR

6 Sentyabr 2024 15:44 (UTC+04:00)

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bu ölkənin səhiyyə naziri Viktor Lyaşko ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı iki ölkə arasında tibb sahəsində əməkdaşlıq müzakirə olunub.

Tibbi proqramlar, təcrübə mübadiləsi və əczaçılıq sahəsində əməkdaşlığın inkişafı müzakirə mövzusu olub.