Azərbaycanda 8 ayda 416 min "ASAN İmza" sertifikatı verilib
6 Sentyabr 2024 14:22 (UTC+04:00)
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 416 695 "ASAN İmza" sertifikatı verilib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, "ASAN İmza"lar 253 983 müraciət üzrə təqdim olunub.