Vuçiç Putindən imtina edib...

6 Sentyabr 2024 00:24 (UTC+04:00)

Serbiya prezidenti Aleksandar Vucic Rusiyada keçiriləcək BRİKS sammitində iştirak etməyəcək. Xatırladaq ki, o, bu yaxınlarda tədbirə dəvətlə bağlı Rusiya prezidenti Vladimir Putindən dəvət alıb, amma…

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Azadlıq” radiosu yayıb.

Deməli, nəşrin məlumatına görə, Vuçiç oktyabrın 22-24-də baş tutacaq BRİKS sammitində iştirak edə bilməyəcəyini bildirib.

Vucicin dediyinə görə, bu, Serbiyanın "vacib qonaqlarının olacağı" ilə bağlıdır.

Lakin o, qonaq kimi, konkret kimin olduğunu açıqlamayıb.

Əli Babayev