Zelenski Yermakın üç müavinini işdən çıxarıb

5 Sentyabr 2024 21:57 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Prezident Aparatı rəhbərinin üç müavinini vəzifəsindən azad edib. O, müvafiq fərmanlar imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna OP-nin saytı yazıb.

Dövlət başçısının təsdiq etdiyi sərəncamlara əsasən, aşağıdakılar vəzifələrindən azad ediliblər:

OP rəhbərinin müavini Yuliya Sokolovskaya;

OP rəhbərinin müavini Aleksey Kuleba;

OP rəhbərinin müavini Nikolay Toçitski.

…Qeyd edək ki, onlardan ikisinin işdən çıxarılmasının səbəbi bəllidir. Bu gün Rada Aleksey Kulebanın baş nazirin yenidənqurma üzrə müavini - Ukraynanın icmaların və ərazilərin inkişafı naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib.

Bu arada Toçitski, parlamentin qərarına əsasən, mədəniyyət və strateji kommunikasiyalar naziri olacaq.

Sokolovskaya isə yeni vəzifə almayıb.

Əli Babayev