Rumıniya rəsmi olaraq "Patriot" sistemini Ukraynaya bağışladı

5 Sentyabr 2024 19:45 (UTC+04:00)

Rumıniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi bağışlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, müvafiq fərman parlamentdə təsdiqləndikdən sonra ölkə prezidenti Klaus İohannisin saytında dərc olunub.

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak Rumıniyanın “Patriot” sisteminin Ukraynaya verilməsi ilə bağlı qərarın verildiyini təsdiqləyib.

…Patriot üçün təşəkkür edirəm, - deyə Yermak Telegram-da yazıb.

Əli Babayev