Bakı-Sumqayıt-Ekspress qatarı yolda qaldı - YENİLƏNİR

5 Sentyabr 2024 18:26 (UTC+04:00)

Bu gün Bakı Dəmiryol Vağzalından 18:10-da Sumqayıta yola düşən Bakı-Sumqayıt-Ekspress qatarı mənzil başına çatmamış 30 dəqiqədən artıqdır ki, yolda qalıb. SİA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qatarın bələdçisi problemə səbəb kimi yolda olan nasazlığı göstərir. Sərnişinlər isə narazılıq edirlər.

Xəbər yenilənəcək.