İraqın şimalında beş terrorçu zərərsizləşdirilib

5 Sentyabr 2024 18:26 (UTC+04:00)

İraqın şimalındakı Metina və Qəndil bölgələrində separatçı terror təşkilatı PKK-nın 5 üzvü zərərsizləşdirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qəndil bölgələrində aşkar edilən 5 PKK terrorçusunu zərərsizləşdirib. Terrorun mənbəyində məhv edilməsi üçün həyata keçirdiyimiz fasiləsiz əməliyyatlar davam edəcək''.