Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatı başlayır

5 Sentyabr 2024 09:42 (UTC+04:00)

Bu gündən ali təhsil pilləsinin rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin qeydiyyatı başlayır. SİA xəbər verir ki, namizədlər https://portal.edu.az/ saytında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat sentyabrın 10-u saat 18:00-da başa çatacaq. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.