Nihal və Bahar Candan bacıları bu gün 5-ci Ağır Cəza Məhkəməsində dələduzluq və cinayət təşkilatına üzv olmaq ittihamı ilə növbəti dəfə hakim qarşısına çıxıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bahar Candan üçün 14 ildən 44 ilə qədər, Nihal Candan üçün isə 8 ildən 24 ilə qədər həbs cəzası istənilib. Bir müddət öncə sağlamlıq problemlərinə görə şərti olaraq azadlığa buraxılan Nihal Candan məhkəmədən əvvəl ədliyyəyə gəlib. O, jurnalistlərin suallarını cavabsız qoyub.
Xatırladaq ki, bacılar 2023-cü il noyabrın 16-da "çirkli pulların yuyulması” və "cinayətkar təşkilata üzv olmaq” ittihamları ilə həbs edilərək həbsxanaya göndərilmişdi.