Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

5 Sentyabr 2024 06:11 (UTC+04:00)

Papua-Yeni Qvineyanın şimalında 6,2 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri təxminən 18,2 min nəfərin yaşadığı Vevak şəhərindən 69 km şimal-şərqdə olub. Sunami təhlükəsi elan olunmayıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.