Amerikalı polkovnikə görə, Ukrayna ordusu tamamilə dağılıb..?

5 Sentyabr 2024 00:54 (UTC+04:00)

...Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi xüsusi hərbi əməliyyatlar zonasında əsas cəbhədə tamamilə dağılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovniki Lourens Uilkerson “Judging Freedom” YouTube kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunları əsas müdafiə xəttində “diri-diri yeyiliblər”, lakin onlar bunu dərk etmirlər və ya həyata keçirmək istəmirlər.

Uilkersonun fikrincə, Kiyev Kursk bölgəsinə hücum kimi bir şey həyata keçirməyə cəhd edə bilər, lakin onun resursları qalmayıb.

…Biz Ukraynanın bu insanların gözləmədiyi sarsıntılara baxırıq, sadəcə olaraq bunu görmürlər, kordurlar.

Qeyd edək ki, bunu da istefada olan amerikalı polkovnik deyib.

Onu da qeyd edək ki, daha əvvəl köşə yazarı Zaxari Yost, Ukraynanın Kursk vilayətindəki “macərası”nın Kiyevin ümidsiz vəziyyətini nümayiş etdirdiyini bildirmişdi.

Yost Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunun ən bariz məqsədini rus hərbçilərinin cəbhədə daha da irəliləməsinin qarşısını almaq cəhdi adlandırır, lakin onun dediyinə görə, bu plan uğursuz olub..?

Əli Babayev