İsveçrə 33 ildən sonra İraqdakı səfirliyini yenidən açdı.
İsveçrə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “İsveçrə 1991-ci il Körfəz Müharibəsilə əlaqədar nümayəndəliyini bağladıqdan 33 il sonra bu gün yenidən İraqdakı səfirliyini açdı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Federal Şura Bağdad səfirliyini yenidən açmaqla İraqla ikitərəfli əlaqələri gücləndirmək və iqtisadi, təhlükəsizlik və miqrasiya mövzularında əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır. Bu addım İsveçrə Federal Şurasının 2021-2024-cü illər Yaxın Şərq və Şimali Afrika (MENA) Strategiyasının hədəfi çərçivəsində atıldı. Şiddətli vətəndaş qarşıdurması dövründən sonra hal-hazırda İraqın təhlükəsizlik vəziyyəti yaxşılaşıb. İraq son bir neçə il ərzində regionda sülh və təhlükəsizliyin təşviqi üçün ardıcıl səylər göstərib. Bu gün paytaxt Bağdadda Avstriya, Fransa, İtaliya və Almaniya da daxil olmaqla, 50-dən çox ölkənin səfirliyi fəaliyyət göstərir”.