“Paris-2024”: Azərbaycan paraüzgüçüsü növbəti dəfə medal qazanıb

4 Sentyabr 2024 20:18 (UTC+04:00)

Azərbaycan paraüzgüçüsü Raman Saley "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

SİA xəbər verir ki, S12 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə göstərərək nail olub. O, daha əvvəl S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş mükafata layiq görülüb.

Raman Saley Paris Paralimpiadasında daha bir kateqoriyada çıxış edəcək. Təmsilçimiz sentyabrın 7-də S12 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda mübarizə aparacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.