...Tomsk Qarnizonu Hərbi Məhkəməsi hərbçi Sergey Qonçarovu hərbi bölməni icazəsiz tərk etməkdə təqsirli bilib. O, 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə İkinci Şərq Dairə Hərbi Məhkəməsindən bildirilib.
Deməli, səfərbər olunan Qonçarov, 2023-cü ilin iyulunda məzuniyyətə göndərilib və məzuniyyəti bitdikdən sonra
hərbi hissədə xidmətə gəlməyib.
Məhkəmənin yazdığı kimi, özü də "üzrlü səbəb olmadan".
Doqquz ay sonra - 2024-cü ilin martında Qonçarov hərbi komendantlıq əməkdaşları tərəfindən tapılıb və "onun hərbi hüquq münasibətləri çərçivəsindən kənarda qanunsuz mövcudluğunu dayandırıblar".
Məhkəmənin hökmü ilə M.Qonçarov 5,5 il müddətinə ümumi rejimli koloniyada cəza çəkib.
Əli Babayev