Rusiyada taksi sürücülərinə ehtiyac yaranıb, ruslar isə…

4 Sentyabr 2024 19:36 (UTC+04:00)

Rusiyada 2024-cü ilin sonuna qədər taksi sürücüsü çatışmazlığı 130 min nəfər olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu proqnozu Şərq İqtisadi Forumu zamanı Yandex Go-nun hökumətlə əlaqələr üzrə direktoru Anton Petrakov verib.

Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, immiqrasiya siyasətinin və taksilərdə tənzimləmənin sərtləşdirilməsi ilə bağlıdır.

…Sürücülər gəlirlərinin müqayisə oluna biləcəyi digər ərazilərə köçürlər, lakin tələblər və xərclər daha azdır.

Bunu Petrakov bildirib.

Sürücü qıtlığı taksi qiymətlərini artırır. Petrakov qeyd edib ki, payız və qış aylarında pik saatlarda qiymətlər “onlarla faiz” arta bilər.

…Bundan əvvəl Agentlik hesablamışdı ki, miqrantların işinə məhdudiyyətlər Rusiya regionlarının üçdə birində, eləcə də Rusiya tərəfindən ilhaq edilmiş Krımda tətbiq edilib. Əksər hallarda miqrantlara taksilərdə işləmək qadağandır. Belə qadağalar 27 regionda qüvvədədir.

2023-cü ilin oktyabrında Dövlət Dumasına qanun layihəsi təqdim edildi, ona əsasən, xarici vətəndaşların bütün ölkə ərazisində məktəblərdə, əczaçılıq sektorunda, dövlət tibb müəssisələrində, taksilərdə və yük daşımalarında işləməyi qadağan etmək təklif olunur.

2023-cü ilin noyabrında Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Rusiyanın “miqrantlarla bağlı passiv mövqeyindən” təəssüfləndiyini bildirib. O, bəzi postsovet respublikalarından olan insanların kuryer, taksi sürücüsü və satıcı kimi işləməsinə qadağa qoyulmasını təklif edib.

…Deyim ki, ruslar “bunun acısını” hələ çox çəkəcəklər..?

Əli Babayev