Olaf Şolz Ukraynaya daha on yeddi IRIS-T verəcək...

4 Sentyabr 2024 19:25 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolz daha on yeddi IRIS-T zenit-raket kompleksini (SAM) Ukraynaya təhvil verəcəyini vəd edib ki, onlardan dördünün 2024-cü ildə təhvil verilməsi planlaşdırılır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri N-TV yayıb.

...Şolz Kiyevə əlavə IRIS-T hava hücumundan müdafiə sistemləri tədarük edəcəyinə söz verdi. Artıq Ukrayna üçün səkkiz IRIS-T SLM sistemi və doqquz IRIS-T SLS sistemi sifariş edilib.

Bunu telekanal xəbər verir.

...Şolz onu da aydınlaşdırıb ki, IRIS-T-nin hər növündən iki sistem 2024-cü ildə Kiyevə, qalanları isə 2025-ci ildə Ukraynaya veriləcək.

Daha əvvəl Reuters mənbələrə istinadən xəbər vermişdi ki, Almaniya altı IRIS-T hava hücumundan müdafiə sistemini Ukraynaya ötürməyi planlaşdırır. Qeyd olunur ki, Berlin öz Hərbi Hava Qüvvələri üçün daha altı kompleks almaq niyyətindədir.

Əli Babayev