...Rusiya Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun direktoru Albert Baxtizin hesab edir ki, bu gün ölkə əhalisi ilə bağlı…elə hər şey o qədər pisdir ki, “xüsusi demoqrafik əməliyyat” keçirmək lazımdır.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “İnterfaks” agentliyinə müsahibəsində bildirib.
Deməli, onun dediyinə görə, bu gün ölkə əhalisinin sayının azalması fəlakətlidir: biz ildə 500-600 min insan itiririk və bu, ərazinin böyüklüyünü, artım templərini saxlamaq üçün xeyli sayda insana ehtiyac olduğunu nəzərə alsaq, bu Rusiyanın milli təhlükəsizliyə böyük təhlükə yaradır. Bundan əlavə bu iqtisadiyyat üçün lazımdır.
Baxtizin deyir bunu və etiraf edir ki, Rusiya Federasiyasının əhalisinin artırılması problemini asanlıqla həll etmək mümkün deyil və buna görə də “xüsusi demoqrafik əməliyyat” lazımdır.
Qeyd edək ki, Rusiya Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun direktoru bu günə qədərə heç vaxt Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibədən danışmayıb. Amma indi o danışır və ölkəsinin hər gün orta hesabla…təqribən 1 min (?) nəfər itirməkdə davam etdiyini yada salır.
Amma buna baxmayaraq, Baxtizin Ukraynaya qarşı təcavüzü dayandırmaq variantı əvəzinə, “reproduktiv münasibətləri tənzimləmək” və Rusiya Federasiyasında doğum nisbətini 40-50 faiz artırmaq variantını səsləndirir.
…Deyim ki, burada da, o bizdə olan “nəynən, ay Abış?” demədən keçməmək olmur.
Əli Babayev