“Gəncə” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib. Qərb təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu vəzifə Halil Atlıya həvalə olunub. Türkiyəli mütəxəssislə 1 illik müqavilə bağlanıb.
37 yaşlı məşqçi Türkiyənin aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, klublarda da fəaliyyət göstərib. Baş məşqçi və köməkçi məşqçi funksiyalarını yerinə yetirib. Halil Atlı son olaraq "Mersin" klubunda məşqçi kimi çalışıb. Onun komandası son mövsümdə çempion olaraq Super Liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, “Gəncə” ötən gün baş məşqçi Bedri Meriçlə yollarını ayırıb.