“Sumqayıt” klubu baş məşqçisi Teymur Hüseynovla yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi təcrübəli mütəxəssislə müqaviləni yeniləməyib. Əvəzində isə komandaya növbəti mövsümdən rusiyalı mütəxəssis Aleksandr Mixaylov rəhbərlik edəcək.
46 yaşlı məşqçi ilk olaraq Kursk və Çelyabinsk “Dinamo”larında köməkçi məşqçi kimi çalışıb. O, 2016-2019-cu illərdə “Tambov”da Rusiya II Liqasının qalibi olub.
A.Mixaylov daha sonra Maqnitaqorsk “Metallurq”u və “Novasibirsk” klublarını çalışdırıb. Onun son iş yeri “Peresveta-YFU” (Rostov) komandası olub.