Biz müraciətləri indi almışıq. Müraciətlər gecikdirmədən aidiyyəti üzrə dairə seçki komissiyalarına göndəriləcək. SİA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 4-də keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, müraciətlər aidiyyəti yerdə araşdırıldıqdan sonra MSK-da baxılacaq.
M.Pənahovun sözlərinə görə, namizədlər müraciətlərini birinci dairə seçki komissiyalarına göndərməlidirlər.
O vurğulayıb ki, şikayətçi dairənin qərarından narazı olduğu təqdirdə, MSK-ya müraciət edə bilər.