Kulebanın istefasından sonra Rusiyadan ilk açıqlama

4 Sentyabr 2024 10:35 (UTC+04:00)

Ukraynanın xarici işlər naziri Kulebanın istefasından sonra ilk açıqlama Rusiyadan gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tutduğu vəzifədən istefa verib. Bu istefadan sonra Kremlin sözçüsü Peskov açıqlama verib. Peskovun sözlərinə görə, Kulebanın işdən çıxarılması danışıqlar prosesinin gedişinə təsir etməyəcək.