Zabratda 64 yaşlı kişi tüstüdən zəhərlənərək ölüb

3 Sentyabr 2024 10:25 (UTC+04:00)

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sentyabrın 2-də saat 22:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 1 nəfərin tüstüdən zəhərlənməsi səbəbilə çağırış daxil olub. Bu barədə SİA-ya Mərkəzdən bildirilib.

Təcili tibbi yardım briqadası tərəfindən 64 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölümü qeydə alınıb.